ŞRİFTİN ÖLÇÜSÜ

ŞRİFTİN NÖVÜ

San-SerifSerif

ŞƏKİLLƏRİN TƏSVİRİ

DSMF yanaşma konsepsiyasına üzv və dəstəkçi seçilib
09 iyul 2024

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Beynəlxalq Sosial Təminat Asossasiyasının (ISSA) “Vision Zero” transformativ yanaşma konsepsiyasına üzv və dəstəkçi seçilib.

Beynəlxalq Əmək Təşkilatının dəstəyi ilə 2012-ci ildə reallaşdırılan bu konsepsiya istehsalatda bədbəxt hadisələr, zərər və peşə xəstəlikləri üzrə yeni önləyici strategiya olaraq iş mühitinin hər fazasında təhlükəsizlik, sağlamlıq və rifah kimi təməl aspektləri ehtiva edir.

Beynəlxalq üzvlük sertifikatı müvafiq prosedurlar tamamlandıqdan və beynəlxalq ekspertlər tərəfindən qiymətləndirildikdən sonra DSMF-yə təqdim edilib.

İdarəetmə Komitəsi və ISSA-nın xüsusi komitəsi tərəfindən idarə olunan bu platformaya hazırda 23 ölkənin 50-dək dövlət və özəl qurumu üzvdür.

Bu platformaya qoşulmaqla DSMF beynəlxalq fəaliyyətin stimullaşdırılması, əməyin mühafizəsi ilə bağlı qurumdaxili fəaliyyətin beynəlxalq standartlara uyğunlaşdırılması və digər üstünlüklər əldə edəcək.

Qeyd edək ki, bu üzvlük sertifikatı DSMF-nin cari ilin yanvar-iyul aylarında təltif olunduğu sayca 18-ci beynəlxalq mükafatdır.