DSMF Beyləqan rayonunda ictimai dinləmə keçirib
21 SENTYABR 2026

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu növbəti ictimai dinləməni Beyləqan rayonunda təşkil edib.

Rayon ictimaiyyəti, eləcə də qeyri-hökumət təşkilatlarının nümayəndələrinin iştirak etdiyi görüşdə Fondun fəaliyyət istiqamətləri və vətəndaşların sosial təminat hüquqları barədə məlumat verilib.

Görüşdə operativliyin, əlçatanlığın və şəffaflığın təmin olunması istiqamətində görülən işlərdən də bəhs edilib. Pensiya, sosial müavinətlər və təqaüdlə bağlı təqdimatlar olub. Bu ödəniş növlərinin mahiyyəti, bir-birindən fərqi, təyinat şərtləri barədə məlumat verilib.

Dinləmədə iştirakçıları maraqlandıran suallar cavablandırılıb və vətəndaşlarla belə görüşlərin keçirilməsinin əhəmiyyəti ilə bağlı fikir mübadiləsi aparılıb.