DSMF Beyləqan rayonunda ictimai dinləmə keçirəcək
07 SENTYABR 2026

Hörmətli vətəndaşlar!

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu (DSMF) tərəfindən 18 sentyabr 2026-cı il tarixində saat 14:00-da Beyləqanda rayonun ictimaiyyət nümayəndələrinin iştirakı ilə pensiya və sosial müavinətlərə dair ictimai dinləmə keçiriləcək. 

İctimai dinləmədə iştirak etmək istəyirsinizsə, DSMF-nin Beyləqan rayonunda yerləşən qəbul şöbəsinə yaxınlaşıb, eləcə də Fondun sosial şəbəkə hesabları vasitəsilə müraciət edib qeydiyyatdan keçə bilərsiniz.