Dövlət Sosial Müdafiə Fondu (DSMF) tərəfindən ünvanlı dövlət sosial yardımı (ÜDSY) alan, eləcə də müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin ailələri üçün ekskursiya təşkil edilib.
Ekskursiya çərçivəsində iştirakçılar Bakı şəhərinin tarixi və görməli məkanları ilə tanış olub, paytaxtın zəngin mədəni irsi, memarlıq nümunələri və şəhərsalma xüsusiyyətləri haqqında məlumat alıblar.
Şəhər turu iştirakçılara paytaxtın tarixi və mədəni irsini daha yaxından tanımaq, şəhərin memarlıq xüsusiyyətləri və görməli məkanları barədə biliklərini genişləndirmək imkanı verib.
Tədbirin məqsədi ÜDSY alan ailələrin, eləcə də müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin ailə üzvlərinin sosial və mədəni fəaliyyətlərdə iştirakına şərait yaratmaq, onların dünyagörüşünü genişləndirmək, asudə vaxtlarının səmərəli təşkilinə dəstək göstərməkdir.
Ekskursiya DSMF və "Sport System MMC"nin təşkilatçılığı ilə reallaşdırılıb.







