ŞRİFTİN ÖLÇÜSÜ

ŞRİFTİN NÖVÜ

San-SerifSerif

ŞƏKİLLƏRİN TƏSVİRİ

DSMF nümayəndə heyəti Portuqaliyada
11 iyul 2023

Dövlət Sosial Müdafiə Fondunun nümayəndə heyəti Portuqaliyanın paytaxtı Lissabon şəhərində bu ölkənin Əmək, Həmrəylik və Sosial Müdafiə Nazirliyinin Sosial Müdafiə Baş İdarəsinin rəhbəri Rute Guerra və Sosial Müdafiə İnstitutunun nümayəndələri ilə görüşüb
Görüşdə DSMF-nin İdarə Heyətinin sədr müavini Zəka Mirzəyev son illər Azərbaycanda sosial sığorta və sosial təminat sahəsində aparılan islahatlar, tətbiq edilən innovativ yanaşmalar, sığorta-pensiya sistemi, əhalinin sosial təminatı sahəsində qarşıda duran prioritet hədəflər barədə məlumat verib.  
Bununla yanaşı, Fondun nümayəndə heyəti ilə Portuqaliyanın Sosial Müdafiə Kapitallaşdırma Fondunun İdarəetməsi İnstitutunun İdarə Heyətinin sədri Jose Vidraqo və Sosial Müdafiə Maliyyə İdarəetməsi İnstitutunun İdarə Heyətinin sədr müavini Marqarida Filipe arasında da görüş keçirilib. Görüşdə sosial təminat sistemlərinin təkmilləşdirilməsi və təcrübə mübadiləsi perspektivlərinə dair fikir mübadiləsi aparılıb.