ŞRİFTİN ÖLÇÜSÜ

ŞRİFTİN NÖVÜ

San-SerifSerif

ŞƏKİLLƏRİN TƏSVİRİ

DSMF Ağdaş rayonunda ictimai dinləmə keçirib
10 iyul 2023

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Ağdaş rayonunda ictimai dinləmə keçirib 
Ağdaş, Göyçay və Ucar rayonlarının ictimaiyyət nümayəndələrinin, eləcə də qeyri-hökumət təşkilatları təmsilçilərinin iştirak etdiyi görüşdə Fondun fəaliyyət istiqamətləri, xüsusi ilə ünvanlı dövlət sosial yardımının təyin olunmasında tətbiq edilən yeniliklər, operativliyin, əlçatanlığın və şəffaflığın təmin olunması istiqamətində görülən işlər barədə məlumat verilib. 
Fondun nümayəndələri ünvanlı dövlət sosial yardımı ilə bağlı təqdimatlarla çıxış ediblər. Eləcə də ünvanlı sosial yardımın mahiyyəti, hansı ailələrə təyin olunduğu, müraciət etmə qaydasından danışılıb.  
İştirakçıları maraqlandıran suallar cavablandırılıb və ictimai dinləmələrin keçirilməsinin əhəmiyyəti vurğulanıb.