Cəlilabadda ictimai dinləmə keçiriləcək
31 may 2024
Hörmətli vətəndaşlar!
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən 7 iyun 2024-cü il tarixində saat 15:00-da Cəlilabad rayonunda Masallı və Cəlilabaddan olan ictimaiyyət nümayəndələrinin iştirakı ilə pensiya və sosial müavinətlərə dair ictimai dinləmə keçiriləcək.
İctimai dinləmədə iştirak etmək istəyirsinizsə, DSMF-nin Cəlilabad rayonunda yerləşən qəbul şöbəsinə və Masallıdakı regional filialına yaxınlaşıb, eləcə də Fondun sosial şəbəkə hesabları vasitəsi ilə müraciət edib qeydiyyatdan keçə bilərsiniz.