Cari ilin səkkiz ayında Dövlət Sosial Müdafiə Fondunun fəaliyyət istiqamətləri üzrə ümumilikdə 303 187 vətəndaş müraciəti qeydə alınıb
07 SENTYABR 2026

2026-cı ilin yanvar-avqust ayları ərzində Dövlət Sosial Müdafiə Fondunun fəaliyyət istiqamətləri üzrə ümumilikdə 303 187 vətəndaş müraciəti qeydə alınıb.

Müraciətlərdən 116 880-i pensiya, 78 485-i müavinət, 12 719-u Prezident təqaüdü, 48 422-si ünvanlı dövlət sosial yardımı, 10 520-si fərdi uçot və sosial sığorta, 849-u dövlət icbari şəxsi sığorta, 35 312-si isə digər istiqamətlərlə bağlı olub.