ŞRİFTİN ÖLÇÜSÜ

ŞRİFTİN NÖVÜ

San-SerifSerif

ŞƏKİLLƏRİN TƏSVİRİ

BPSFA-nın ümumi iclası keçirilib
11 yanvar 2024

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun İdarə Heyətinin sədri Himalay Məmişovun sədrliyi ilə Beynəlxalq Pensiya və Sosial Fondlar Assosiasiyasının (BPSFA) ümumi iclası keçirilib.

İclasda BPSFA-ya üzv olan xarici pensiya və sosial sığorta fondlarının rəhbərləri iştirak edib.

İclasda Assosiasiyanın 2024-2025-ci illər üzrə maliyyə reqlamenti, 2024-cü il üzrə gəlirlər və xərclər smetası, 2024-2025-ci illər ərzində keçiriləcək tədbirlərin reqlamenti, tədbirlər plani, Təftiş Komissiyasının əsasnaməsi və digər normativ hüquqi sənədlərin layihələri qəbul edilib. Eləcə də illik üzvlük haqlarının hesablanması üzrə yeni metodologiya, Assosiasiya daxilində maliyyə sabitliyinin təmin edilməsi istiqamətində strateji hədəflər müzakirə olunub.

Xatırladaq ki, ötən il BPSFA-ya üzv qurumların rəhbərlərinin yekdil səsverməsi nəticəsində H. Məmişov beş il müddətinə Beynəlxalq Pensiya və Sosial Fondlar Assosiasiyasının sədri seçilib.