ŞRİFTİN ÖLÇÜSÜ

ŞRİFTİN NÖVÜ

San-SerifSerif

ŞƏKİLLƏRİN TƏSVİRİ

Vesela Karaivanova ilə görüş olub
20 may 2024

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun (DSMF) İdarə Heyətinin sədri Himalay Məmişov ölkəmizdə səfərdə olan Bolqarıstanın Milli Sosial Təminat Qurumunun (MSTQ) rəhbəri Vesela Karaivanova ilə görüşüb.
Görüşdə DSMF ilə MSTQ arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb. 
Memorandumda hər iki qurumun qarşılıqlı faydalı əlaqələr qurmaq niyyəti əsasında pensiya təminatı ilə bağlı qanunvericilikdə edilən dəyişikliklər, eləcə də bu sahədə məlumat mübadiləsi və digər əməkdaşlıq istiqamətləri müəyyənləşdirilib. 
İmzalanan sənədin Azərbaycan və Bolqarıstan arasında ikitərəfli əlaqələrin daim genişlənməsinə töhfə olacağı, qurumlar arasında əməkdaşlığın dərinləşməsinə mühüm zəmin yaradacağı vurğulanıb.
Eyni zamanda, hər iki ölkənin pensiya və sosial sığorta sahəsindəki təcrübəsinə dair təqdimatlarla çıxış edilib, tərəflər arasında geniş təcrübə və məlumat mübadiləsi həyata keçirilib.