Beynəlxalq vebinar keçirilib
12 mart 2024
Beynəlxalq Sosial Təminat Assosiasiyasının (ISSA) təşkilatçılığı ilə “Reabilitasiya və əlillik sığortası – işə reinteqrasiya üçün motivasiya stimulları və təşviqedici strategiyalar” mövzusunda beynəlxalq vebinar keçirilib.
DSMF-nin əməkdaşlarının da iştirak etdiyi vebinarda təcrübədə daha səmərəli olduğu sübut edilmiş strategiya və xidmətlər, göstərilən cəhdlər zamanı aradan qaldırılması vacib olan boşluqlar və maneələr müzakirə edilib. Eləcə də bu sahədə beynəlxalq əməkdaşlığın innovativ strategiyalar və təşəbbüslərin təşviqində rolu ətrafında fikir mübadiləsi aparılıb.