Beynəlxalq Valyuta Fondunun nümayəndələri ilə görüş keçirilib
22 avqust 2023
Dövlət Sosial Müdafiə Fondunda Dövlət Maliyyə Statistika üzrə Təlimatın (Goverment Finance Statistic Manual 2014 GFSM2014) nəşrinə uyğun olaraq, dövlət büdcəsinin gəlir və xərclərinin funksional, iqtisadi və inzibati təsnifatları üzrə konsolidə edilmiş illik icra hesabatlarının hazırlanması məqsədilə Beynəlxalq Valyuta Fondunun nümayəndələri ilə görüş keçirilib.
BVF-nin eksperti R.O'Mahoneyin də iştirak etdiyi görüşdə qonaqlara Fondda aparılan islahatlar, mərkəzləşdirilmə işləri, Fondun büdcəsi, büdcənin elementləri, investisiya fəaliyyəti və maliyyələşmə mexanizmləri haqqında məlumat verilib. Hesabatların təlimat prinsiplərinə uyğun hazırlanması potensialının artırılması və təkmilləşdirilməsi istiqamətində müzakirələr aparılıb.