Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun (DSMF) layiq görüldüyü BMT-nin Dövlət Xidmətləri Mükafatı beynəlxalq arenada yüksək rəğbətlə qarşılanır.
Bu mühüm uğurla bağlı Beynəlxalq Sosial Təminat Assosiasiyasının Prezidenti Dr.Mohammed Azman tərəfindən DSMF-nin İdarə Heyətinin sədrinə rəsmi təbrik məktubu ünvanlanıb. Məktubda inklüziv sosial təminat xidmətlərinin təşviqi istiqamətində Fondun həyata keçirdiyi qabaqcıl fəaliyyət yüksək qiymətləndirilib və onun milli və beynəlxalq səviyyədə sosial təminat sahəsində liderlik nümayiş etdirdiyi vurğulanıb.
Bu məktub DSMF-nin qazandığı ali mükafat münasibətilə dünyanın aparıcı sosial təminat təşkilatlarından və xarici tərəfdaşlardan daxil olan çoxsaylı təbriklərdən biridir.







