ŞRİFTİN ÖLÇÜSÜ

ŞRİFTİN NÖVÜ

San-SerifSerif

ŞƏKİLLƏRİN TƏSVİRİ

Əməkdaşlıq istiqamətlərinə dair fikir mübadiləsi aparılıb
02 mart 2024

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Serbiyanın ölkəmizdəki səfiri Draqan Vladisavljeviç ilə görüş olub.

Əmək və əhalinin sosial müdafiəsi naziri, Azərbaycan ilə Serbiya arasında ticarət və iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın Azərbaycan tərəfindən həmsədri  Sahil Babayev Azərbaycan və Serbiya dövlət başçılarının siyasi iradəsi, səyləri nəticəsində iki ölkənin əlaqələrinin inkişaf edərək strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini vurğulayıb.

Ötən dövrdə ölkələrimiz arasında müxtəlif sahələri əhatə edən əlaqələrin ildən-ilə genişlənməkdə, ticarət dövriyyəsinin artmaqda olduğu vurğulanıb. Hökumətlərarası Komissiyanın bu istiqamətdə fəaliyyəti qeyd edilib. Komissiyanın növbəti iclasında da ikitərəfli ticarət və iqtisadi əməkdaşlığın gələcək inkişafı ilə bağlı prioritetlərin müzakirə ediləcəyi bildirilib.

Serbiyanın Azərbaycana dost münasibətini qeyd edən D.Vladisavljeviç ölkəsinin Azərbaycanla strateji tərəfdaşlığa əsaslanan əlaqələri daim genişləndirmək əzmində olduğunu qeyd edib.

Görüşdə  Azərbaycan və Serbiya arasında enerji, nəqliyyat-logistika, sosial, kənd təsərrüfatı, təhsil, humanitar, infrastruktur və digər sahələrdə əlaqələrə və gələcək əməkdaşlıq istiqamətlərinə dair fikir mübadiləsi aparılıb.