Avqustda 24 mindən çox vətəndaş müraciəti ünvanlanıb
26 sentyabr 2023
2023-cü ilin avqust ayı ərzində Dövlət Sosial Müdafiə Fonduna fəaliyyət istiqamətlərinə dair məktub, telefon zəngi və sosial şəbəkə hesabları vasitəsilə 24 000-dən çox vətəndaş müraciəti ünvanlanıb və cavablandırılıb.
Bunlardan 21 800-dən çoxu rəsmi məktub və telefon zəngləri, 2 300-dən çoxu isə sosial şəbəkə hesablarından daxil olan müraciətlərdir.
Qeyd: Operativ məlumatdır.