2026-cı ilin ilk iki ayı ərzində DSMF-nin fəaliyyət istiqamətləri üzrə 88 250 vətəndaş müraciəti qeydə alınıb
06 MART 2026

2026-cı ilin yanvar-fevral ayları ərzində Dövlət Sosial Müdafiə Fondunun fəaliyyət istiqamətləri üzrə ümumilikdə 88 250 vətəndaş müraciəti qeydə alınıb.

Müraciətlərdən 34 071-i pensiya, 22 188-i müavinət, 3 166-sı Prezident təqaüdü, 15 049-u ünvanlı dövlət sosial yardımı, 3 211-i fərdi uçot və sosial sığorta, 252-si dövlət icbari şəxsi sığorta və 10 313-ü isə digər istiqamətlərlə bağlı olub.