1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş tədbir keçirilib
01 İYUN 2026

Vətən müharibəsi şəhidlərinin və müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin övladları üçün 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş tədbir keçirilib.

Tədbir çərçivəsində uşaqlar əvvəlcə Şüvəlan Parkda yerləşən "McDonald's" restoranında nahar edib, daha sonra “Kinderland Shuvalan" mərkəzində müxtəlif peşə istiqamətlərində özlərini sınayıblar. Onlar supermarket, incəsənət, moda, tikinti, yanğınsöndürmə və xəstəxana üzrə mərkəzlərdə fərqli peşələrlə tanış olub, müxtəlif əyləncə zonalarında maraqlı vaxt keçiriblər. 

Tədbirin sonunda 5–10 yaş aralığında olan 53 iştirakçıya LEGO və STEM dəstləri, oyuncaq maşınlar, fotoaparatlar, rəsm və digər inkişafetdirici oyuncaqlar hədiyyə olunub. 

Tədbir Dövlət Sosial Müdafiə Fondu (DSMF) ilə "McDonald’s Azərbaycan" QSC arasında imzalanmış Anlaşma Memorandumu çərçivəsində reallaşdırılıb.