Yanvar-sentyabr aylarında DSMF-nin xərcləri 9 faiz və ya 481 mln. manat artaraq 5 mlrd. 628 mln. manat olub
08 OKTYABR 2025

9 ayın sosial göstəriciləri

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirləri bu ilin 9 ayında proqnozla müqayisədə 6 faiz və ya 342 mln. manat çox olmaqla 5 mlrd. 889 mln. manat təşkil edib.

Fondun gəlirləri tərkibində məcburi dövlət sosial sığorta daxilolmaları həmin dövrdə proqnoza nisbətən 8 faiz və ya 331 mln. manat artaraq 4 mlrd. 663 mln. manat olub.

Yanvar-sentyabr aylarında DSMF-nin xərcləri 5 mlrd. 628 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 9 faiz və ya 481 mln. manat çoxdur.