2025-ci ilin yanvar-sentyabr ayları ərzində 15 068 vətəndaş müraciəti cavablandırılıb
01 OKTYABR 2025
Dövlət Sosial Müdafiə Fondunun fəaliyyət istiqamətləri üzrə sosial şəbəkələr vasitəsilə 2025-ci ilin yanvar-sentyabr ayları ərzində 15 068 vətəndaş müraciəti cavablandırılıb.
Müraciətlərin 5 149-u ünvanlı dövlət sosial yardımı, 3 291-i pensiya təyinatı, 4 081-i sosial müavinət və təqaüd, 240-ı sosial sığorta və fərdi uçot, 2 307-si isə digər istiqamətlər üzrə olub.







