Yanvar-oktyabr ayları ərzində 404 552 vətəndaş müraciəti qeydə alınıb
05 NOYABR 2025

2025-ci ilin yanvar-oktyabr ayları ərzində Dövlət Sosial Müdafiə Fondunun fəaliyyət istiqamətləri üzrə ümumilikdə 404 552 vətəndaş müraciəti qeydə alınıb. 

Müraciətlərdən 161 343-ü pensiya, 104 092-si müavinət, 16 158-i Prezident təqaüdü, 76 932-si ünvanlı dövlət sosial yardımı, 10 725-i fərdi uçot və sosial sığorta, 1 701-i dövlət icbari şəxsi sığorta və 33 601-i isə digər istiqamətlərlə bağlı olub.