Yanvar-avqust aylarında 88 735 elektron arayış alınıb
30 SENTYABR 2025

2025-ci ilin yanvar-avqust ayları ərzində DSMF-nin fəaliyyət istiqamətləri üzrə 88 735 elektron arayış alınıb.

Bu arayışların 31 738-i  pensiya, 27 292-si müavinət və təqaüd, 20 804-ü fərdi şəxsi hesab, 4 034-ü  ünvanlı dövlət sosial yardımı, 5-i torpaq pay mülkiyyətçisi, 10-u şəhid ailəsi üzvü, 828-i  ünvanlı dövlət sosial yardımı ödənişləri, 1 489-u  sağlamlıq imkanları məhdud olan uşaqlar, 2 535-i əlilliyi olan şəxslərə qulluqla bağlı olub.