ŞRİFTİN ÖLÇÜSÜ

ŞRİFTİN NÖVÜ

San-SerifSerif

ŞƏKİLLƏRİN TƏSVİRİ

Tovuzda ictimai dinləmə keçiriləcək
05 sentyabr 2024

Hörmətli vətəndaşlar!
 
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən 13 sentyabr 2024-cü il tarixində saat 15:00-da Tovuz rayonunda Qazax və Tovuzdan olan ictimaiyyət nümayəndələrinin iştirakı ilə pensiya və sosial müavinətlərə dair ictimai dinləmə keçiriləcək. 
İctimai dinləmədə iştirak etmək istəyirsinizsə, DSMF-nin Tovuz rayonunda yerləşən regional filialına  və Qazaxda yerləşən qəbul şöbəsinə yaxınlaşıb, eləcə də Fondun sosial şəbəkə hesabları vasitəsi ilə müraciət edib qeydiyyatdan keçə bilərsiniz.