Beynəlxalq vebinar keçirilib
25 İYUN 2023
Beynəlxalq Sosial Təminat Assosiasiyasının (ISSA) təşkilatçılığı ilə “Sosial xidmətlər, uşaqların və ailələrin sosial müdafiəsi” mövzusunda beynəlxalq vebinar keçirilib.
 
DSMF-nin əməkdaşlarının da iştirak etdiyi vebinarda uşağa qulluğa, ailələrin sosial müdafiəsinə görə müavinətlərin, eləcə də sosial xidmətlərin maliyyə strategiyaları, əhatə dairəsi, əlçatanlığı, dərinliyi üçün islahat tədbirləri və bu kimi digər məsələlər müzakirə olunub.