“Sosial təminat qurumlarında gələcək bacarıq və səriştə ehtiyacları” mövzusunda vebinar keçirilib
17 AVQUST 2026
Beynəlxalq Sosial Təminat Assosiasiyasının təşkilatçılığı ilə “Sosial təminat qurumlarında gələcək bacarıq və səriştə ehtiyacları” mövzusunda vebinar keçirilib.
Dövlət Sosial Müdafiə Fondunun əməkdaşlarının da iştirak etdiyi vebinar zamanı dəyişən mühitdə sosial təminat qurumlarının effektiv, çevik və dayanıqlı fəaliyyət göstərməsi üçün gələcəkdə tələb olunacaq təcrübə və vərdişlər müzakirə edilib. Həmçinin qurumların işçi qüvvəsinə olan tələbatının proqnozlaşdırması imkanları və işçilərin bacarıqlarının inkişafı ilə bağlı fikir mübadiləsi aparılıb.
Tədbirdə işçi qüvvəsinin inkişafının təşkilati transformasiyası, xidmət keyfiyyətinin artırılması və təcrübələrin təkmilləşdirilməsi məsələləri də nəzərdən keçirilib.
Digər







