Şəhid və Vətən müharibəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin övladları Azərbaycanın enerji tarixi ilə tanış olublar
10 İYUN 2026
Benefisiarlarımız üçün maarifləndirici ekskursiya təşkil olunub.
Layihə çərçivəsində iştirakçılar SOCAR-ın baş ofisini ziyarət edərək Azərbaycanın enerji siyasəti, neft-qaz sənayesinin tarixi və bu sahədə ölkəmizdə həyata keçirilən layihələr barədə məlumat əldə ediblər.
Ekskursiya çərçivəsində iştirakçılar Azərbaycan Nefti Muzeyini ziyarət edib, burada nümayiş olunan eksponatlarla tanış olublar.
Həmçinin onlar üçün interaktiv seminar təşkil olunub və iştirakçılara enerji sektorunun inkişafı barədə məlumat verilib.
Tədbirin sonunda uşaqlara hədiyyələr təqdim edilib, xatirə şəkilləri çəkdirilib.
Digər







