Şəhid övladlarının iştirakı ilə “Mədəniyyət izi” layihəsi həyata keçirilib
14 NOYABR 2025

"Uşaq hüquqları aylığı" çərçivəsində “Mədəniyyət izi” adlı layihə həyata keçirilib.

Layihənin məqsədi şəhid övladlarının hüquqları və sosial təminatları barədə maarifləndirmə işləri aparmaq, onları Azərbaycanın tarixi və mədəni irsi ilə yaxından tanış etmək olub.

İştirakçılara uşaqların hüquqları və sosial ödənişlər haqqında ətraflı məlumat verilib, onların hüquqlarının qorunması və icrası ilə bağlı müzakirələr aparılıb. Tədbirdə uşaq musiqi kollektivlərinin çıxışı olub.

Tədbirin sonunda iştirakçılar Azərbaycan İstiqlal Muzeyində şəhidlərimizin şəxsi əşyalarından ibarət sərgini ziyarət ediblər.

Sərgidə onlar qəhrəmanlarımızın həyat və mübarizə yolunu yaxından tanımaq imkanı əldə ediblər.

Layihə Dövlət Sosial Müdafiə Fondu və Azərbaycan İstiqlal Muzeyi arasında birgə əməkdaşlıq əsasında reallaşdırılıb. Tədbirin sonunda tərəfdaş qismində iştirak edən “Ofisait” şirkəti tərəfindən şəhid övladlarına hədiyyələr təqdim olunub.