Şəhid Osman Manafovun ailəsi ziyarət olunub
04 NOYABR 2025
Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədr müavini Şahin Əliyev Vətən müharibəsi şəhidi Manafov Osman Natiq oğlunun ailəsi ilə görüşüb, onların sosial vəziyyəti ilə maraqlanıb.
Görüşdə Osman Manafovun uşaqlıq illərindən, döyüş yolundan, şücaətindən bəhs olunub.
Osman Manafov Hadrut qəsəbəsinin və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. O, oktyabrın 27-də Xocavənd döyüşləri zamanı şəhid olub.
Ölümündən sonra "Vətən uğrunda", "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilib.
Görüşdə şəhid ailələrinə göstərilən dövlət qayğısından, onların sosial vəziyyətinin daim diqqətdə saxlanılmasından və həyata keçirilən sosial dəstək tədbirlərindən danışılıb.







