Dövlət Sosial Müdafiə Fondunda regional filialların fəaliyyətinə dair növbəti iclas keçirilib.
İclasda əvvəlcə Fondun fəaliyyət istiqamətləri ilə bağlı görülmüş işlər barədə məlumat verilib, vətəndaş məmnuniyyəti, operativlik və şəffaflığın artırılması istiqamətində atılacaq addımlar, həyata keçiriləcək tədbirlər müzakirə olunub.
İştirakçılar regional filialların fəaliyyətinin təkmilləşdirilməsi, operativliyin qorunması, xidmət keyfiyyətinin artırılması və ona nəzarət olunması istiqamətində diqqət edilməli olan məqamlara dair fikir mübadiləsi aparıblar.
Vətəndaşlar arasında məlumatlılığın artırılması məqsədi ilə maarifləndirmə tədbirlərinin daha da genişləndirilməsi, bu sahədə layihələrin həyata keçirilməsinin vacibliyi vurğulanıb.