Oktyabrda 45 801 vətəndaş qəbul edilib
25 noyabr 2024
2024-cü ilin oktyabr ayında Dövlət Sosial Müdafiə Fondunun fəaliyyət istiqamətləri üzrə ümumilikdə 45 801 vətəndaş qəbul edilib və onların müraciətləri cavablandırılıb.
Həmin vətəndaşların 160 nəfəri Fondun rəhbər şəxsləri tərəfindən, 1 729 nəfəri Fondun Aparatının Qəbul Mərkəzində, 3 751 nəfəri mərkəzi, 40 161 nəfəri isə regional filiallarda qəbul edilib.