Noyabr ayının müavinət, təqaüd və ünvanlı sosial yardımları ödənildi
26 NOYABR 2025

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən noyabr ayının müavinət, təqaüd və ünvanlı sosial yardımları ödənilib.

Bununla da bu ayın bütün sosial ödənişləri başa çatdırılıb.

Belə ki,

noyabrın 7-də Bakı, Sumqayıt şəhərləri, Abşeron rayonu, Naxçıvan Muxtar Respublikası üzrə noyabr ayının pensiyaları,
noyabrın 21-də digər bölgələrdə yaşayan pensiyaçıların və güzəştli şərtlərlə pensiya təyin edilmiş şəxslərin noyabr ayı üzrə pensiyaları,
bu gün, noyabrın 26-da isə noyabr ayının müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımları ödənilib.