ŞRİFTİN ÖLÇÜSÜ

ŞRİFTİN NÖVÜ

San-SerifSerif

ŞƏKİLLƏRİN TƏSVİRİ

Nazirlikdə Rusiya nümayəndə heyəti ilə görüş olub
20 avqust 2024

Azərbaycan və Rusiya arasında əmək, məşğulluq və sosial müdafiə sahələrində əlaqələr də daim genişlənir. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Rusiyanın Federal Əmək və Məşğulluq Xidmətinin rəhbəri Mixail İvankovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşdə bildirilib.
 
Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Azərbaycan və Rusiya dövlət başçılarının siyasi iradəsi, səyləri ilə iki ölkənin münasibətlərinin daim yüksələn xətlə inkişaf edərək müttəfiqlik səviyyəsinə çatdığını vurğulayıb. Həmçinin əmək, məşğulluq və sosial müdafiə sahələrində də uğurlu əməkdaşlıq təcrübəsinin olduğunu qeyd edib.

Beynəlxalq Əmək Təşkilatı, Beynəlxalq Sosial Təminat Assosiasiyası, MDB dövlətlərinin Əmək, miqrasiya və əhalinin sosial müdafiəsi üzrə Məşvərət Şurası çərçivəsində də fəal əməkdaşlığın həyata keçirildiyi bildirilib. 

Son illərdə iki ölkənin aidiyyəti qurumları arasında əmək, məşğulluq və əhalinin sosial müdafiəsi, habelə pensiya təminatı sahəsində əməkdaşlığa dair imzalanmış Sazişlərin önəmi, əlaqələrin genişləndirilməsi üçün böyük potensial olduğu  vurğulanıb.

Ölkəmizdə son illər aparılan sosial islahatlar, DOST konsepsiyası, əmək və məşğulluq, əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətinin təşkili, sosial müdafiə sahələrində innovativ həllərin geniş tətbiqi istiqamətində əldə olunan nailiyyətlər barədə məlumat verilib. 

M.İvankov ölkəsi ilə Azərbaycanın ikitərəfli münasibətlərinin davamlı inkişafından məmnunluğunu bildirib. O, sosial islahatlar prosesində daim genişlənən əməkdaşlığın, təcrübə mübadilələrinin əhəmiyyətindən bəhs edib. Görüşdə əmək və məşğulluq sahələrində gələcək əməkdaşlıq istiqamətləri müzakirə olunub.