ŞRİFTİN ÖLÇÜSÜ

ŞRİFTİN NÖVÜ

San-SerifSerif

ŞƏKİLLƏRİN TƏSVİRİ

Müavinətlər üzrə 716 mln. manat, Prezident təqaüdləri üzrə 459 mln. manat ödənilib
16 sentyabr 2024

8 ayın sosial göstəriciləri

Bu ilin yanvar-avqust aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu tərəfindən 494 min nəfər müavinət, 400 min nəfər Prezidentin aylıq təqaüdü ilə təmin edilib.

Əhaliyə müavinətlər üzrə 716 mln. manat, Prezident təqaüdləri üzrə 459 mln. manat ödənilib.

Cari ilin 8 ayında 101 min, sosial ödənişlərin elektron təyinatına başlandığı 2019-cu ildən 671 min müavinət və təqaüd təyinatı e-sistem üzərindən proaktiv qaydada həyata keçirilib.