ŞRİFTİN ÖLÇÜSÜ

ŞRİFTİN NÖVÜ

San-SerifSerif

ŞƏKİLLƏRİN TƏSVİRİ

Müavinətlər üzrə 626 mln. manat, Prezident təqaüdləri üzrə 400 mln. manat ödənilib
21 avqust 2024

7 ayın sosial göstəriciləri

Bu ilin yanvar-iyul aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu tərəfindən 487 min nəfər sosial müavinət, 399 min nəfər Prezidentin aylıq təqaüdü ilə təmin edilib.

Həmin dövrdə əhaliyə sosial müavinətlər üzrə 626 mln. manat, Prezident təqaüdləri üzrə 400 mln. manat ödənilib.

Cari ilin 7 ayında 89 min, sosial ödənişlərin elektron təyinatına başlandığı 2019-cu ildən 659 min müavinət və təqaüd təyinatı e-sistem üzərindən proaktiv qaydada həyata keçirilib.