MDSS haqları üzrə daxilolmalarda 5,9% artım qeydə alınıb
13 MAY 2026
2026-cı ilin yanvar-aprel ayları ərzində məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalarda proqnoza nisbətdə 123,7 mln. manat və ya 5,9% artım qeydə alınıb.
Büdcə təşkilatları üzrə daxilolma ötən ilin müvafiq dövrü ilə müqayisədə 50,3 mln. manat və ya 7,4%, qeyri-büdcə təşkilatları üzrə isə 127,3 mln. manat və ya 9,4% artımla olub.







