ŞRİFTİN ÖLÇÜSÜ

ŞRİFTİN NÖVÜ

San-SerifSerif

ŞƏKİLLƏRİN TƏSVİRİ

May ayının bütün sosial ödənişləri yekunlaşdı
25 may 2024

Dövlət Sosial Müdafiə Fondu tərəfindən may ayının müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımları bu gün tam ödənilib.
Bundan əvvəl – mayın 8-də Bakı, Sumqayıt şəhərləri, Abşeron rayonu, mayın 18-də isə bölgələr üzrə, habelə güzəştli şərtlərlə pensiya alan şəxslərin may ayının pensiyaları ödənilib.

Beləliklə, bu ay üzrə bütün pensiya, müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımlarının ödənişi yekunlaşıb.