“Azərbaycanda pensiya islahatlarına dəstək – Faza 2” tvinninq layihəsi çərçivəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparatının və tabeliyindəki Dövlət Sosial Müdafiə Fondunun, DOST Rəqəmsal İnnovasiyalar Mərkəzinin əməkdaşları Litva və Finlandiyada təlim səfərində olublar.
Səfər çərçivəsində Litva və Finlandiyanın pensiya qurumlarının nümayəndələri ilə görüşlər keçirilib. Sosial təminat sahəsində son illər Azərbaycanda aparılan islahatlar, əhaliyə göstərilən elektron xidmətlər diqqətə çatdırılıb.
Ölkəmizdə pensiya təyinatının avtomatlaşdırılmış qaydada proaktiv şəkildə həyata keçirilməsi ilə bağlı məlumat verilib.
Görüşlərdə həmçinin Litva və Finlandiyanın pensiya təminatı sahəsində təcrübələri və e-sistemləri barədə ətraflı məlumat əldə edilib, təcrübə mübadiləsi aparılıb.