İyul ayında sığortaolunanların sayı artıb
04 avqust 2023
2023-cü ilin iyul ayında fərdi uçot sistemində uçota alınmış sığortaolunanların sayı 21 min nəfər və ya 0,43% artıb.
Beləliklə, 2023-cü ilin 1 avqust tarixinə uçota alınmış sığortaolunanların sayı 4,92 milyon nəfər təşkil edib.