ŞRİFTİN ÖLÇÜSÜ

ŞRİFTİN NÖVÜ

San-SerifSerif

ŞƏKİLLƏRİN TƏSVİRİ

ISSA-nın təşkilatçılığı ilə beynəlxalq vebinar keçirilib
28 avqust 2023

Beynəlxalq Sosial Təminat Assosiasiyasının (ISSA) təşkilatçılığı ilə “Daha təhlükəsiz iş mühiti yaratmaq üçün ağıllı eynəkdən nə vaxtsa istifadə etmisinizmi?” mövzusunda beynəlxalq vebinar keçirilib. 
Dövlət Sosial Müdafiə Fondunun əməkdaşlarının da iştirak etdiyi vebinarda ağıllı eynəklərin mahiyyəti, onların tətbiqinə dair nümunələr, bu eynəklərin əmək aləti kimi təqdim edilməsi və istifadəsi zamanı qarşıya çıxan çətinliklər, eləcə də risklər qiymətləndirilərkən nəzərə alınması vacib olan aspektlər müzakirə edilib.