İsmayıllıda ictimai dinləmə keçiriləcək
21 avqust 2024
Hörmətli vətəndaşlar!
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən 30 avqust 2024-cü il tarixində saat 15:00-da İsmayıllı rayonunda Şamaxı və İsmayıllıdan olan ictimaiyyət nümayəndələrinin iştirakı ilə pensiya və sosial müavinətlərə dair ictimai dinləmə keçiriləcək.
İctimai dinləmədə iştirak etmək istəyirsinizsə, DSMF-nin İsmayıllı rayonunda yerləşən qəbul şöbəsinə və Şamaxıda yerləşən regional filialına yaxınlaşıb, eləcə də Fondun sosial şəbəkə hesabları vasitəsi ilə müraciət edib qeydiyyatdan keçə bilərsiniz.