Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu regionlarda ictimai dinləmələr keçirməkdə davam edir.
Fond tərəfindən bu dəfə Yardımlı rayonunda ictimai dinləmə təşkil olunub.
Masallı və Yardımlı rayonlarından olan ictimaiyyət nümayəndələrinin iştirak etdiyi görüşdə Fondun fəaliyyət istiqamətləri, vətəndaşların sosial təminat hüquqları, xüsusi ilə pensiya və sosial müavinətlərin təyin olunmasında tətbiq edilən yeniliklər, operativliyin, əlçatanlığın və şəffaflığın təmin olunması istiqamətində görülən işlər barədə məlumat verilib.
Fondun nümayəndələri pensiya və sosial müavinətlər, eləcə də əlilliyi müəyyən edilmiş şəxslərə təyin olunan Prezident təqaüdü ilə bağlı təqdimatlarla çıxış ediblər. Bu ödəniş növlərinin mahiyyəti, bir-birindən fərqi də ətraflı izah olunub.
Dinləmədə iştirakçıları maraqlandıran suallar cavablandırılıb və ictimai dinləmələrin keçirilməsinin əhəmiyyəti vurğulanıb.