ŞRİFTİN ÖLÇÜSÜ

ŞRİFTİN NÖVÜ

San-SerifSerif

ŞƏKİLLƏRİN TƏSVİRİ

DSMF “Şəhid övladları bizə əmanət” layihəsini reallaşdırır
16 avqust 2023
Dövlət Sosial Müdafiə Fondu Avropa Birliyi tərəfindən maliyyələşdirilən “Erasmus+Youth” mübadilə proqramı çərçivəsində “Sağlam Düşüncə” Gənclər Təşkilatı ilə birgə “Şəhid övladları bizə əmanət” layihəsini reallaşdırır. Layihə çərçivəsində şəhid və ya aztəminatlı ailələrin övladlarının bacarıqlarının inkişaf etdirilməsi, beynəlxalq səviyyədə müxtəlif istiqamətlərdə inkişafa nail olmaq, sosial inteqrasiya və həmrəyliyin təbliği məqsədilə onların xarici ölkələrdə təşkil olunan qısamüddətli mübadilə layihələrinə, könüllülər proqramlarına, təlim kurslarına, eləcə də seminarlara cəlb edilməsi planlaşdırılır.
Layihə çərçivəsində Dövlət Sosial Müdafiə Fondunda şəhid övladları ilə növbəti görüş keçirilib və proqram barədə onlara ətraflı məlumat verilib.
Benefisiarların proqram və layihə barədə maarifləndirilməsi məqsədilə bir neçə seminarın keçirilməsi nəzərdə tutulur.