DSMF sədri Tovuzda sakinləri qəbul edəcək
03 sentyabr 2024
Hörmətli vətəndaşlar!
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun İdarə Heyətinin sədri Himalay Məmişov 13 sentyabr 2024-cü il tarixində saat 11:00-da Tovuz rayonunda Qazax və Tovuz sakinlərini qəbul edəcək.
Pensiya, sosial müavinətlər, ünvanlı dövlət sosial yardımı və fərdi uçotla bağlı sualınız varsa, sentyabrın 7-dək Fondun Tovuz rayonunda yerləşən regional filialına və Qazax rayonunda yerləşən qəbul şöbəsinə müraciət etməklə və ya (055) 912-34-22 telefon nömrəsinə zəng edib, gabul-dsmf@sosial.gov.az elektron ünvanına yazıb, eləcə də DSMF-nin sosial şəbəkə hesabları vasitəsi ilə müraciət edib qeydiyyatdan keçməklə qəbula yazıla bilərsiniz.