DSMF sədri Sumqayıt şəhərində vətəndaşları qəbul edib
12 İYUN 2026
Dövlət Sosial Müdafiə Fondunun (DSMF) İdarə Heyətinin sədri Zəka Mirzəyev növbəti vətəndaş qəbulunu keçirib.
Bu dəfə Fond sədri Sumqayıtda şəhər sakinləri ilə görüşüb. Qəbul zamanı vətəndaşların müraciətləri dinlənilib.
Müraciətlər əsasən pensiya, sosial müavinətlər, təqaüd, ünvanlı dövlət sosial yardımı, eləcə də sosial sığorta və fərdi uçotla bağlı olub.
Müraciətlərin hər biri qeydiyyata alınıb, bəziləri yerindəcə həll olunub, bir qisminin isə həll edilməsi üçün Fondun müvafiq struktur bölmələrinə tapşırıqlar verilib.







