DSMF sədrinin regionlarda vətəndaş qəbulu davam edir
11 avqust 2023
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun İdarə Heyətinin sədri Himalay Məmişov regionlarda vətəndaş qəbulunu davam etdirir.
DSMF sədri bu dəfə Yardımlı və Masallı sakinlərini Yardımlı rayonunda qəbul edib, onların müraciətlərini dinləyib. Müraciətlər əsasən pensiya, sosial müavinətlər, ünvanlı dövlət sosial yardımı, eləcə də sosial sığorta və fərdi uçotla bağlı olub. Müraciətlərin hər biri qeydiyyata alınıb, bəziləri yerindəcə həll olunub, bir qisminin isə həll edilməsi üçün Fondun müvafiq struktur bölmələrinə tapşırıqlar verilib.
Digər