Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun (DSMF) İdarə Heyətinin sədri Himalay Məmişov ölkəmizdə səfərdə olan Belarus Respublikasının Əmək və Sosial Müdafiə Nazirliyinin Əhalinin Sosial Müdafiəsi Fondunun (ƏSMF) rəhbəri Yuliya Berdnikova ilə görüşüb.
DSMF sədri Himalay Məmişov Azərbaycanla Belarus arasındakı əlaqələrin daim inkişafda olduğunu, bu əməkdaşlığın sosial sahəni də əhatə etdiyini bildirib.
Görüşdə ölkəmizdə sosial sahədə genişmiqyaslı islahatların aparıldığı, əldə olunan innovativ yeniliklər və uğurlu nəticələr diqqətə çatdırılıb.
ƏSMF-nin rəhbəri Yuliya Berdnikova DSMF ilə təcrübə mübadiləsinə xüsusi əhəmiyyət verdiklərini bildirib.
Görüş zamanı ölkəmizdə fərdi uçot və sosial sığorta, pensiya təminatı və sosial ödənişlərin təyinatı, bu sahədə həyata keçirilən islahatlarla bağlı təqdimatlar olub.
Eyni zamanda, Beynəlxalq Pensiya və Sosial Fondlar Assosiasiyasının sədri H.Məmişov və görüşdə iştirak edən Assosiasiyanın direktoru İqor Popov əməkdaşlıq perspektivlərinə dair məsələləri də müzakirə ediblər.