DSMF sədri Bakıda vətəndaş qəbulu keçirib
28 YANVAR 2026

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun (DSMF) İdarə Heyətinin sədri Zəka Mirzəyev növbəti vətəndaş qəbulunu keçirib.

DSMF sədri bu dəfə Fondun Aparatının Qəbul Mərkəzində vətəndaşları qəbul edib.

Qəbula gələnlər Bakıda və regionlarda qeydiyyatda olan vətəndaşlar olub.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai şuranın sədri Elşad Məmmədov və şura üzvü Aslan Əzimzadənin də iştirak etdiyi qəbul zamanı vətəndaşların müraciətləri dinlənilib.

Müraciətlər əsasən pensiya, ünvanlı dövlət sosial yardımı və təqaüdlə bağlı olub. Müraciətlərin hər biri qeydiyyata alınıb.

Bəzi müraciətlər yerindəcə öz həllini tapıb, bir qisminin isə qanunvericiliyin tələblərinə uyğun həll olunması üçün Fondun müvafiq struktur bölmələrinə tapşırıq verilib.