Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu növbəti ictimai dinləməni Sabirabad rayonunda təşkil edib.
Rayon ictimaiyyəti, eləcə də qeyri-hökumət təşkilatlarının nümayəndələrinin iştirak etdiyi görüşdə əvvəlcə Fondun fəaliyyət istiqamətləri barədə məlumat verilib. Sonra əlilliyi olan şəxslərin sosial təminat hüquqları, onlara təyin olunan sosial ödəniş növləri və bu ödəniş növlərinin təyinat qaydaları diqqətə çatdırılıb.
Eyni zamanda görüşdə vətəndaşların sosial təminat hüquqları, operativliyin, əlçatanlığın və şəffaflığın təmin olunması istiqamətində görülən işlərdən də bəhs edilib. Daha sonra pensiya, sosial müavinətlər və təqaüdlə bağlı təqdimatlar olub. Bu ödəniş növlərinin mahiyyəti, bir-birindən fərqi, təyinat şərtləri barədə məlumat verilib.
Dinləmədə iştirakçıları maraqlandıran suallar cavablandırılıb və vətəndaşlarla belə görüşlərin keçirilməsinin əhəmiyyəti ilə bağlı fikir mübadiləsi aparılıb.







