DSMF “Pensiya Fondunun Dizaynı və İslahatları” kateqoriyası üzrə Qalib mükafatına layiq görülüb
18 noyabr 2024
Dövlət Sosial Müdafiə Fondu ABŞ-də yerləşən “Pensiya və İnvestisiya” beynəlxalq qurumunun müsabiqəsində “Pensiya Fondunun Dizaynı və İslahatları” kateqoriyası üzrə Qalib mükafatına layiq görülüb.
Mükafat bu günlərdə Niderland Krallığının Haaqa şəhərində keçirilən Dünya Pensiya Sammiti çərçivəsində təşkil olunmuş təltifetmə mərasimində təqdim olunub.