Belçikada "PensionsEurope" beynəlxalq qurumun təşkilatçılığı ilə "Pensiyalar və davamlılıq: Avropa Komissiyasının pensiya paketində nələr olacaq?" mövzusunda beynəlxalq seminar keçirilib.
Dövlət Sosial Müdafiə Fondunun (DSMF) əməkdaşının da iştirak etdiyi tədbirdə Avropa Komissiyasının yeni pensiya paketi, pensiya sistemlərinin maliyyə dayanıqlılığı və sosial müdafiə sahəsində gələcək strategiyalar müzakirə olunub. Müxtəlif ölkələrin pensiya təminatı sahəsindəki təcrübələri təhlil edilib, sektorun peşəkarları arasında fikir mübadiləsi aparılıb.
DSMF nümayəndəsi Azərbaycanın pensiya və sosial sığorta sistemində son illər ərzində aparılan islahatlar və əldə olunan nailiyyətlər barədə məlumat verib, beynəlxalq təcrübələrin ölkəmizdə tətbiqi imkanlarını diqqətə çatdırıb.







