Ölkəmizdə sosial təminat sahəsində son illər ərzində aparılan islahatlar Beynəlxalq Sosial Təminat Assosiasiyası (BSTA) tərəfindən yüksək qiymətləndirilir. Bunun növbəti təzahürü olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu (DSMF) BSTA-nın həyata keçirdiyi Qiymətləndirmə (Tanıtım) Proqramının “MDSS haqlarının toplanması və uyğunluq” meyarı üzrə Mükəmməllik Sertifikatı ilə təltif edilib.
Həmçinin DSMF-nin 2022-ci ildə təltif olunduğu “Yaxşı idarəçilik” və “Xidmət keyfiyyəti” meyarları üzrə Mükəmməllik Sertifikatları (2023–2025) üzrə işlər bu günün tələblərinə uyğun müfəssəl təhlil edildikdən sonra DSMF növbəti 3 il (2026–2028) müddətinə qüvvədə olacaq 2 Mükəmməllik Sertifikatına da layiq görülüb.
Qeyd edək ki, BSTA-nın 40-cı Şura iclasında iştirakçıların yekdil səsverməsi nəticəsində DSMF-nin İdarə Heyətinin sədri növbəti dəfə BSTA-nın ali orqanı olan Büronun üzvü seçilib.
Zəka Mirzəyev eyni zamanda BSTA-nın 35-ci Baş Assambleyasında Avropa Şəbəkəsi İdarəetmə Komitəsinin üzvü seçilib.







